İki gün öncə Lənkərançayda batan şəxsin meyiti tapılıb

  • By ilhame
  • 18 İyul 2024 19:18

İki gün öncə Lənkərançayda batan şəxsin meyiti tapılıb.

 

Gununsesi.info-ya bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, iyulun 16-da Lənkərançay çayında batmış 1976-cı il təvəllüdlü Panayev Elşad Xanhəsən oğlunun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info