
ABŞ-ın keçmiş prezidenti Donald Tramp iyulun 19-da Ukrayna prezidenti Vladimir Zelenskiyə zəng edəcək.
Gununsesi.info xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilir ki, prezidentliyə namizədin Kiyevə səfər etmi ehtimalı da var.
Tramp dəfələrlə bəyan edib ki, bu il prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukrayna münaqişəsinin tezliklə həllinə nail olmaq niyyətindədir.
İyunun 27-də ABŞ prezidenti Co Baydenlə seçkiqabağı debatda Tramp söz vermişdi ki, yenidən seçilərsə, 2025-ci il yanvarın 20-də vəzifəyə başlamazdan əvvəl münaqişəni dayandıra biləcək.
Bundan başqa D.Trampın prezident seçiləcəyi təqdirdə Ş.Koreya lideri ilə münasibətləri bərpa edəcəyi də gözlənilir.
Şəbnəm
Gununsesi.info