Tramp Bayden administrasiyasını günahlandırır

ABŞ-ın keçmiş prezidenti Tramp Miluokidə Respublikaçıların Milli Qurultayında çıxış edib.

 

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Donald Tramp çıxışda Co Bayden administrasiyasının ölkəyə vurduğu ziyanı “ağılasığmaz” adlandırıb.

Bildirilir ki, Tramp qarşıdan gələn seçkilərdə yenidən seçiləcəyi təqdirdə onun bərpası üzərində işləyəcəyinə söz verib: “Administrasiyanın etdiklərini mən bunu tez-tez deyirəm . Bu biabırçılıqdır. Onun ölkəyə vurduğu zərər ağlasığmazdır. Bu, sadəcə olaraq ağlasığmazdır”.

O, həmçinin əlavə edib ki, Co Bayden Amerika tarixinin “ən pis on prezidenti siyahısındadır”.

Bundan əvvəl Dövlət Duması bəyan etmişdi ki, noyabrda ABŞ-ı nəhəng ictimai-siyasi təlatümlər və demokratiyanın əsas sınağı gözləyir.

Eyni zamanda Nyu-Hempşir Respublika Komitəsinin sədri Kris Ager Trampın sarsılmaz hala gəldiyini və onu qaçılmaz seçki qələbəsinin gözlədiyini bildirmişdi.

Dövlət Dumasının deputatı Mixail Şeremetin sözlərinə görə, hər şey ölkənin keçmiş lideri Donald Trampın seçkilərdə qalib gələcəyinə doğru gedir.

 

 

Şəbnəm

Gununsesi.info