Makronun blokunun nümayəndəsi spiker seçildi

Fransa prezidenti Emmanuel Makronun blokunun nümayəndəsi Yael Braun-Pivet yenidən Fransa parlamentinin sədri seçilib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, səsvermənin üçüncü turunda 53 yaşlı Braun-Pivet 220 deputatın dəstəyini qazanıb.

Bildirilir ki, ikinci yeri solçu “Yeni Xalq Cəbhəsi” koalisiyasının 74 yaşlı namizədi, 207 səs ilə kommunist Andre Şasyan tutub.

Üçüncü yerdə isə sağçı Milli Ralli partiyasından olan keçmiş vitse-spiker Sebastyen Çenu 141 səs toplayıb.

Qeyd edək ki, Braun-Pivet parlament buraxıldıqdan sonra namizədliyini irəli sürüb.

O, 28 iyun 2022-ci ildən spiker vəzifəsini icra edir.

 

 

Gununsesi.info