Naxçıvanda yararsız ət məhsulları satışdan kənarlaşdırılıb

  • By ilhame
  • 18 İyul 2024 19:03

Naxçıvanda ət satışı məntəqələrində monitorinqlər həyata keçirilib, bir sıra nöqsanlar aşkarlanıb.

 

Gununsesi.info  xəbər verir ki, monitorinq zamanı sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmizlənmədiyi, istifadəyə yararsız ət məhsullarının satışının həyata keçirildiyi, işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi və dezinfeksiya işlərinin vaxtında aparılmadığı müəyyən edilib.

 

Aşkarlanan nöqsanlarla bağlı müvafiq tədbirlərək görülərək yararsız ət məhsulları satışdan kənarlaşdırılıb, fəaliyyət dayandırılaraq icrası məcburi göstərişlər verilib.

Gununsesi.info