
İtaliya məhkəməsi sosial şəbəkədə baş nazir Corciya Meloninin boyunu ələ salan jurnalist Giulia Korteseni 5 min avro təzminat ödəməsi barədə qərar çıxarıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, qərara reaksiya verən Kortese İtaliya hökumətində “jurnalistikada ifadə azadlığı və fərqli fikirlərlə bağlı ciddi problemləri olduğunu” bildirib.
Bildirilir ki, Giulia Korteseni hələ 2021-ci ilin oktyabrında, Meloni müxalifətdə olarkən, X sosial şəbəkəsində Meloninin boyu haqqında yazmışdır.
Sonra jurnalist mərhum faşist lider Benito Mussolininin portretini əlavə edərək İtaliyanın baş nazirinin fotosunu dərc edərək bir neçə qeyd əlavə etmişdir.
“Sən məni qorxutmursan, Giorgia Meloni Boyu cəmi 1,2 metrdir, mən səni görmürəm”– Kortes sözügedən paylaşımda yazmışdı.
Boyu 1,63 metr olan gələcək baş nazir sonda jurnalistə qarşı iddia qaldırıb.
Məhkəmə Korteseni Meloniyə 5 min avro ödəməyə məcbur edib, həmçinin 1200 avro məbləğində şərti cərimə (yəni jurnalist başqa bir qanun pozuntusuna yol verməsə, ləğv edilə bilər) təyin edib.
Kortese hələ də hökmdən apellyasiya şikayəti verə bilər. Meloninin vəkili bildirib ki, müvəkkilinin aldığı hər hansı təzminatı xeyriyyəçiliyə bağışlayacaq.
Corciya Meloni dəfələrlə mediada fərqli fikirləri yatırmaq üçün böhtan iddialarından istifadə etməkdə ittiham olunub.
Daha sonra müdafiə naziri Guido Crosetto-nun biznesi ilə bağlı araşdırma dərc edən Domani qəzetinə və Melonun miqrantlara qarşı fikirlərini tənqid etdiyinə görə 1000 avro cərimələnən jurnalist Roberto Savianoya qarşı şikayəti də daxildir.
Həmçinin İtaliya məhkəməsi 2022-ci ildə baş naziri nasist adlandıran 81 yaşlı tarixçi və solçu Luciano Canforaya da qarşı iddia qəbul edib.
Şəbnəm
Gununsesi.info