
Ukrayna prezidenti Vladimir Zelenski Ukraynanın NATO-ya üzvlüyü üçün Alyansla birgə fəaliyyətinə davam etdiyini bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə Zelenski sosial media hesabındakı paylaşımında bildirib.
O, NATO-nun baş katibi Yens Stoltenberqə və NATO baş katibinin müavini Mirça Coana Ukrayna-NATO Şurasının iclasının təşkilinə görə minnətdarlığını bildirib.
Alyansın Rusiyanın taxıl sazişindən çıxmasını açıq və birmənalı şəkildə pisləməsini alqışladıqlarını ifadə edən Zelenski, iki həftə əvvəl Vilnüsdə qurulan şuranın böhranlı məsləhətləşmələr üçün təsirli bir mexanizm olduğunu deyib.
“Ukrayna qlobal ərzaq təhlükəsizliyini təmin etmək üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə davam edəcək və bu baxımdan müttəfiqlərimizin dəstəyini yüksək qiymətləndiririk. Biz NATO-ya üzvlük yolunda Alyansla birliyimizi davam etdiririk”.
Tərcümə
Şəbnəm
Gununsesi.info