Gələn il üçün dövlət büdcəsinin gəlirləri açıqlandı

2023-cü ilin sonuna dövlət büdcəsinin  gəlirlərinin 33 milyard 890,5 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da ilkin təsdiq edilmiş proqnoz göstəricisinə nəzərən 10,1 % çoxdur.

Gununsesi.info xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dövlət büdcəsinin gəlirlərinin 52,3 %-i və ya 17 milyard 739,7 milyon manatı neft-qaz sektorunun,  47,7  %-I vəya 16 milyard 150,8 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür.

2023-cüilin ilkin proqnoz göstəriciləri  ilə müqayisədə neft-qaz sektoru üzrə gəlirlərin 1 milyard 442,7 milyon manat və ya 8,9 %, qeyri-neft-qaz sektoru üzrə isə 1 milyard 673,8 milyon manat və ya 11,6 % artması gözlənilir. Bütövlükdə dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft-qaz üzrə gəlirlərinin xüsusi çəkisi ilkin proqnoz göstəricisinə nisbətən 0,7 % bənd artaraq 47,7 % təşkil edəcək.

Gununsesi.info