Ukraynada “Bayraktar” üçün mərkəz açılacaq

Ukraynada Türkiyənin “Bayraktar” pilotsuz uçuş aparatlarının (PUA) təmiri üçün xidmət mərkəzi açılacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi və Türkiyənin “Baykar Makina” şirkəti arasında saziş imzalanıb.

Müqavilədə “Bayraktar” pilotsuz uçan aparatlarının təmiri və texniki xidməti üzrə xidmət mərkəzinin tikintisi nəzərdə tutulub.

“Xidmət mərkəzinin yaradılması Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsinə mühüm töhfə olacaq və qələbəmizi yaxınlaşdırmağa kömək edəcək”, – Ukrayna Müdafiə Nazirliyinin dövlət katibi Konstantin Vaşçenko bildirib.

Gununsesi.info