
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Pentaqonda artilleriya sursatlarının çatışmazlığına görə Co Baydeni təndiq edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Tramp “Fox News” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda nüvə silahından istifadə risklərinə görə ABŞ üçün ən təhlükəli vaxtdır.
Prezident postunda isə “nə etdiyini başa düşməyən” adam oturub.
“Ayağa qalxıb dünyaya silahlarımızın bitdiyini deyən adam”-deyərək Tramp bildirib.
O, iddia edir ki, səlahiyyət müddətinin sonunda ABŞ-dakı hərbi anbarlar “ağızına qədər dolub”.
“Hər şeyi verdik. Hamısını verdinsə, bu, dəhşətlidir. Bundan daha pis ola biləcək yeganə şey bu barədə bütün dünyaya danışmaqdır”.
O, Baydenin Çinə və digər düşmən ölkələrə ABŞ-ın silah-sursatının bitdiyini də söyləyib.
“Sən necə axmaq ola bilərsən ki, belə bir şey deyirsən”?
Qeyd edək ki, Bayden bundan əvvəl də ABŞ-ın Ukraynaya göndərmək üçün silahlarının bitdiyini demişdir.
Tərcümə:
Şəbnəm
Gununsesi.info