
Azərbaycan Beynəlxalq Bankı aprel döyüşlərinin iştirakçısı , əlil Binnət Əsədovun sığorta pulunu mənimsəyib.
Bu barədə Gununsesi.info-ya danışan Binnət Əsədov deyib ki, dövlət ona 6600 manat sığorta pulu verib:
“Banka gedəndə dedilər ki, 3300 manatını mənim banka olan köhnə borcuma görə saxlanılır. Mən bankdan xahiş etdim, yalvardım ki, ayaqlarım çürüyür. Əməliyyat olunmalıyam. Amma buna məhəl qoyan olmadı”.
Hazırda çarəsiz durumda qalan Binnət Əsədov deyir ki, təcili əməliyyat olunmasa ömürlük yataq xəstəsi olacaq: “Dostlar sağolsun, hesab nömrəmi sosial şəbəkələrdə paylaşıb. Xırda da olsa pullar köçülürür. Amma mən aidyyatı qurumlardan xahiş edirəm ki, dövlətin mənə verdiyi pulu Beynəlxalq Bankın saxlamasına imkan verməsin”.
Qazinin problemi ilə bağlı Beynəlxalq Bankın mövqeyini öyrənmək cəhdlərimiz uğursuz oldu.
Ölkənin əsas banklarından biri olan ABB-in müharibə iştirakçısına bu münasibəti qınanmalıdır.
Bu bankın səhmlərində dövlətin də payının olmasını nəzərə alsaq, o zaman yüz milyonlarla vəsaiti ayrı-ayrı iş adamlarına verən, bankın vəsaitlərini talan etdirən rəhbərlik bir qazinin əməliyyat pulu olan 3300 manatına göz dikməsi qəbuledilməzdir.
Afət Abbasova
Gununsesi.info