Medvedev Ukraynanı nüvə silahı ilə hədələdi

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sosial media hesabında məlumat yayıb.

Gununsesi.info xəbər verir ki, o, Ukraynanın Moskvaya pilotsuz təyyarələrlə hücumundan sonra nüvə silahı ilə bağlı xoşagəlməz fikirlər söyləyib.

“NATO ilə birlikdə həyata keçirilən hücum uğurlu olarsa, nüvə silahından istifadə etməli olacağıq. Təsəvvür edin ki, NATO ilə birlikdə həyata keçirilən hücum uğurlu alındı ​​və torpaqlarımızın bir hissəsi işğal olundu. O zaman biz Rusiya nüvə silahından istifadə etməli olacağıq. Başqa çarə yoxdur. Düşmənlərimiz dua etməlidir ki, dünya nüvə alovlarına bürünməsin”.

Eyni zamanda Medvedev aprel ayında İsveç və Finlandiyanın NATO-ya daxil olacağı təqdirdə Rusiyada nüvə genişlənməsinə dair xəbərdarlıq etmişdir.

Medvedev həmçinin, Rusiyanın tərkibinə daxil olan bölgələrin Ukraynadan müdafiəsi üçün strateji nüvə silahlarından istifadə edə biləcəyini də demişdir.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info

Yanvar ayında isə NATO dövlətləri Ukraynaya silah tədarükü ilə bağlı danışıqlar apararkən o, verdiyi başqa bir bəyanatda Rusiyanın müharibədə məğlubiyyətinin nüvə münaqişəsinə səbəb ola biləcəyini deyib.

“Nüvə gücləri böyük müharibələrdə uduzmur”.