91 uşağa cinsi zorakılıq edən şəxs ifşa olundu

Əvvəllər uşaq baxıcısı kimi çalışan 45 yaşlı avstraliyalı kişi 91 uşağa cinsi zorakılıq etməkdə ittiham olunur.

Gununsesi.info BBC-yə istinadən xəbər verir ki, bununla bərabər o, uşaqlara erotik film çəkdirmək və internetdə yaymaq iddiası ilə daha 1600-dən çox cinayətdə ittiham olunub.

Polis bildirib ki, adam 15 il ərzində Avstraliyada və xaricdə onlarla mərkəzdə yeniyetmə qızları hədəfə alıb.

246 zorlama və uşaqlara qarşı 673 nalayiq təcavüz ittihamı ilə təqsirləndirilən bu şəxs 2022-ci ilin avqust ayında həbs olunub.

Polisin məsələni araşdırması və zərərçəkənlərin kimliyinin müəyyənetməsi isə tam bir il çəkib.

Bildirilir, rəsmi qurumlar bu halın indiyədək “dəhşətli” hallardan biri olduğunu deyiblər.

Qeyd edək ki, ona ən ağır ittihamlarla ömürlük həbs nəzərdə tutulur.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info