
Yanunanıstanın Baş naziri Kiryakos Miçotakis Cənubi Kipr rəhbəri Nikos Xristodulidis ilə görüşməsində Türkiyə ilə bağlı açıqlama verib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Miçotakis rəsmi Ankara ilə Avropa Birliyi dialoqundan məmnunluluğunu dilə gətirib.
Xristodulidis ilə ortaq mətbuat toplantısında çıxış edən yunan siyasətçi Ankara ilə yeni qaydalara hazır olduqlarını vurğulayıb.
Miçotakis və Xristodulidis Türkiyə-Avropa Birliyi dialoqunu məmnuniyyətlə qaşıladıqlarını, ancaq bunun gərəkli olarsa, “mərhələli” və lazım gələrsə, “tərsinə çevrilə bilən” olmalı olduğunu bildiriblər.
Yunan Baş nazir “Bu iki kəlmə bizə yol göstərməlidir. Pozitiv ola bilərik, ancaq saf deyilik”, – deyə bildirib.