Amerika rəsmisi Ərəbistana səfər edib – Orta Şərqdə yeni oyunmu qurulur?

  • By arzu
  • 29 İyul 2023 14:40

 

Amerikanın Milli Təhlükəsizlik Məsləhətçisi Səudiyyə Ərəbistanına səfər edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Ceyk Sullivan bu ölkəyə ziyarəti çərçivəsində S. Ərəbistan kralı Məhəmməd ibn Salmanla görüşüb. Gündəmdə İsrail və S. Ərəbistanı arasındakı normallaşma anlaşması müzakirə edilib.

Ağ Evin Orta Şərq Koordinatoru Mc. Gurk da Sullivanla birlikdə görüşdəki heyətdə olub.

Görüşlə bağlı Ağ Evdən edilən açıqlamada bunlar bildirilib:

“Daha barışıqpərvər, etibarlı, sabit və mürəffəh Orta şərq bölgəsinə yönəlik ortaq vizyonun irəlilədilməsi əməlləri daxil, ikitərəfli, regional mövzular ələ alınıb”.

Açıqlamada İsraillə bağlı birbaşa vurğu edilməyib. Ancaq Ağ Ev yetkilisi İsraillə ehtimal normallaşma anlaşmasının gündəmdəki digər mövzulardan biri olduğunu söyləymişdi.

 

Tərcümə: Arzu

Gununsesi.info