
Xarici işlər naziri Ceyhun Bayramov Ankaraya səfəri çərçivəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Görüşdə ölkələr arasında ikitərəfli və çoxtərəfli münasibətlər, regionda və dünyada baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovu qəbul edərkən Ermənistanla münasibətlərin normallaşdırılması prosesini də müzakirə edib.
Ərdoğan qeyd edib ki, Ermənistanla normallaşma prosesi üçün Zəngəzur dəhlizinin tezliklə açılması və Azərbaycanla hərtərəfli sülh sazişinin imzalanması vacibdir.