
Ukrayna Ali Radasının “Həyat Naminə” müxalifət platformasından olan keçmiş deputatı Vadim Rabinoviçi Ukrayna əleyhinə təbliğat apardığına görə qiyabi olaraq dövlətə xəyanətdə ittiham edilib.
Gununsesi.info xəbər verir ki, Kiyev hakimiyyəti hesab edirdi ki, Rabinoviçin apardığı təbliğat Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və toxunulmazlığına xələl gətirir.
Müstəntiqlərin fikrincə, xaricdə gizlənən Rabinoviçi 15 il həbs cəzası gözləyir.
Tərcümə
Şəbnəm
Gununsesi.info