Penitensiar müəssisələrdə COVID-19 testi ləğv olunur

Bu gündən etibarən Ədliyyə Nazirliyi Penitensiar xidmətinin istintaq təcridxanalarına və cəzaçəkmə müəssisələrinə daxil olarkən vəkillər, müstəntiqlər və digər kənar şəxslər üçün koronavirus (PZR) testindən keçmək tələbi ləğv olunur.

Qeyd edək ki, Gununsesi.info olaraq, Post-pandemiya dövründə həbsxanalarda və cəzaçəkmə müəssisələrində

belə bir tələbin qoyulmasını tənqid etmişdik.

Bizim bununla bağlı qaldırdığımız məsələlər hətta Milli Məclisin iclaslarında belə müzakirəyə səbəb olmuşdur.

Əksər deputatlar və vəkillər Ədliyyə Nazirliyinin bu mənasız qadağanı aradan qaldırmasını tələb edirdi.

 

Şəbnəm

Gununsesi.info