Rusiya Ukraynada mülki vətəndaşları vurdu – Çoxlu sayda adam öldü

  • By arzu
  • 01 Avqust 2023 12:40

Rus qüvvələri Dnepr bölgəsinə raket hücumu edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, olay zamanı 6 nəfər can verib. Onalrdan biri uşaqdır.

Ukraynanın Daxili İşlər Nazirliyi hücumu təsdiq edib, 69 nəfərin yaralandığını bildirib.

Şəhərin İcra başçısı itkilər səbəbi ilə bir günlük yas elan etdiklərini açıqlayıb.

Xatırladaq ki, Dnepr hazırkı Ukrayna lideri Volodimir Zelenskinin doğma şəhəridir.

 

Tərcümə: Arzu

Gununsesi.info