
Qəzza xəstəxanasının bombalanması faciə və humanitar fəlakətdir.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
Rusiya liderinin sözlərinə görə, o, baş verənlərin münaqişəyə son qoyulması zərurətinin siqnalı olacağını gözləyir.
“O ki qaldı xəstəxanaya – orada baş verən faciəyə – bunlar dəhşətli hadisələrdir. Yüzlərlə ölü və yüzlərlə yaralı təbii ki, fəlakətdir. Bir yerdə, xüsusən humanitar xarakterli yerdə. Ona görə də mən həqiqətən ümid edirəm ki, bu, bu münaqişəyə mümkün qədər tez son qoyulmalı olduğuna dair siqnal olacaq”, – Rusiya prezidenti Çinə səfərindən sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, vəziyyəti tərəflər arasında təmasların qurulmasına qədər azaltmaq lazımdır.
Putin onu da vurğulayıb ki, region liderləri ilə aparılan danışıqların nəticələrinə əsasən, onda belə təəssürat yaranıb ki, onlar İsrail-Fələstin münaqişəsini davam etdirmək, inkişaf etdirmək və daha da pisləşdirmək niyyətində deyillər.
O qeyd edib ki, Moskva həmişə paytaxtı Şərqi Qüds olan müstəqil və suveren Fələstin dövlətinin yaradılmasının tərəfdarı olub.
Gununsesi.info