“Reuters” Britaniya XİN rəhbərinin Yaxın Şərqə səfərinin anonsunu verdi

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli tezliklə Yaxın Şərqə səfər edə bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə “Reuters” Britaniya mənbəsinə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, Kleverlinin Misirə, ola bilsin ki, Qətərə və Türkiyəyə səfəri gözlənilir.

“Böyük Britaniyanın xarici işlər naziri səfər zamanı Qəzza zolağı ilə Misir arasında humanitar yardımın idxalı və vətəndaşların ölkədən çıxışı üçün sərhəd keçidinin açılması məsələsini müzakirə edəcək”, – deyə “Reuters” agentliyinə mənbə bildirib.

Səid Əhmədli
Gununsesi.info