Netanyahu: “Bunun məsuliyyətini HƏMAS daşıyır”

İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində mülki əhali əziyyət çəkir, lakin bu zərbələrin qanuni məqsədi Fələstin anklavındakı terror hədəfləridir və hər halda mülki əhalinin ölümündə məsuliyyət HƏMAS radikallarının üzərinə düşür. 

Gununsesi.info xəbər verir ki, bunu İsrailə səfərə gələn ABŞ prezidenti Co Baydenlə görüşündən sonra İsrailin baş naziri Benyamin Netanyahu deyib.

“İsrail qanuni olaraq terrorçulara hücum etdikdə, təəssüf ki, mülki insanlar da əziyyət çəkir. Bunun məsuliyyətini HƏMAS daşıyır və bütün mülki itkilərə görə cavabdeh olmalıdır”, – deyə Netanyahu bildirib.

Eyni zamanda, o, İsrailin Qəzza zolağında dinc əhali arasında itkiləri minimuma endirməyə çalışdığını vurğulayıb və yenidən anklav sakinlərini “daha ​​təhlükəsiz ərazilərə köçməyə” çağırıb.

Səid Əhmədli
Gununsesi.info