Fransanın 6 hava limanında bomba həyəcanı

Fransada səhər saatlarından etibarən 6 hava limanında bomba təhlükəsi ilə bağlı təxliyə həyata keçirilib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı “BFMTV” yayıb.

Məlumata görə, sərnişinlərin təxliyəsi Lil, Bron, Nitsa, Nant, Tuluz və Bove şəhərlərinin hava limanlarında edilib.

Bildirilir ki, Lil hava limanına partlayış təhlükəsi ilə bağlı elektron məktub daxil olub, Nitsa aeroportunda isə sahibsiz baqaj aşkar edildikdən sonra təxliyə barədə qərar verilib.

Qeyd edək ki, son günlər partlayış təhlükəsi ilə bağlı Versal sarayında 2 dəfə təxliyə həyata keçirilib.

 

Gununsesi.info