Gürcüstan parlamenti “rusca” adlanan “çadır qanunu”nu qəbul etməyə tələsir

Gürcüstan parlamentinin Hüquq Komitəsi “Toplantılar və nümayişlər haqqında” qanuna nəzərdə tutulan dəyişiklikləri dəstəkləyib. Qanun layihəsini deputatların əksəriyyəti yekdilliklə dəstəkləyib, yalnız bir deputat dəyişikliklərin qəbulunun əleyhinə çıxıb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Exo Kafkaza” məlumat yayıb.

Gürcüstan parlamentinin Hüquq Komitəsi “çadır qanunu” adlandırılan qanun layihəsini demək olar ki, yekdilliklə dəstəkləyib.

KİV-in məlumatına görə, layihə bu gün ikinci oxunuşda səsverməyə çıxarılacaq və bu həftə yekun üçüncü oxunuşda da səsvermə keçiriləcək. Dəyişikliklər oktyabrın 2-də birinci oxunuşda təsdiqlənib.

Qanun layihəsinə sürətləndirilmiş qaydada baxılır. Dəyişikliklərin təşəbbüskarları tələsikliyi dövlət qurumlarının və Gürcüstan vətəndaşlarının təhlükəsizliyinin təcili təmin edilməsinin zəruriliyi ilə izah edirlər.

Təşəbbüsçülər bu tələskənliyi Gürcüstanın dövlət qurumlarının və vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə izah edərək, Dövlət Təhlükəsizliyi Xidmətinin sentyabrın 18-də verdiyi bəyanata istinadla bildirirlər ki, guya müəyyən bir qrup şəxs ölkədə sabitliyin pozulması və son məqsədi hakimiyyətin zorla dəyişdirilməsi olan “Ukrayna ssenarisi” üzrə iğtişaşlar hazırlayır.

Həmçinin məlum olub ki, Dövlət Təhlükəsizliyi Xidməti CANVAS təşkilatının gürcü bölməsinin rəhbərini dindirib, təhlükəsizlik qüvvələrinin bu planlarda əli olduğunu iddia edib və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Tiflisdəki “Zorakı hərəkətlərin təşkili haqqında” təlimini maliyyələşdirdiyini bildirib.

Gürcüstanın ictimai müdafiəçisi də öz mövqeyini bölüşərək, planlaşdırılan düzəlişləri dəstəkləmədiyini bildirib.

“Dəyişikliklərlə yığıncaq və nümayiş iştirakçılarına beş mümkün səbəbə görə müvəqqəti strukturlardan istifadə qadağan ediləcək ki, bu da İctimai Müdafiəçinin fikrincə, layihədə nəzərdə tutulmuş məhdudiyyətləri müəyyən etmək üçün kifayət etmir. Xalq müdafiəçisi hesab edir ki, indiki qaydalar belə təhlükələr zamanı adekvat reaksiya imkanını artıq nəzərdə tutur və əlavə qadağaların tətbiqinə ehtiyac yoxdur. Üstəlik, qanun layihəsi geniş şərhə imkan verir”, – deyə İctimai Müdafiə İdarəsinin yaydığı bəyanatda qeyd olunub.

Qeyd edək ki, Gürcüstan müxalifəti bu sənədi “rusca” qanun layihəsi adlandırır.

Səid Əhmədli
Gununsesi.info