Qəzzada xəstəxana hücumundan sonra dəhşətli görüntülər - Video

Xəbər verdiyimiz kimi, İsrail Qəzza zolağında yüzlərlə insanın ölümü ilə nəticələnən Əl-Əhli xəstəxanasını bombalayıb.

Dəhşətli hadisədən sonra ortaya çıxan görüntülər hərkəsin ürəyini parçalayıb.
Xəstəxanaya hücumdan sonra travma alan uşaq və ona kömək edən həkimin görüntüləri paylaşılıb. Həmin görüntülər sosial şəbəkələrdə gündəm olub.
Qeyd edək ki, xəstəxanada yaralı və xəstələrlə yanaşı məcburi köçkünlər də qalırdı.