
Ukrayna müharibəsi səbəbilə bir çox ölkələrə dağılan, eyni zamanda Azərbaycana da tətilə gedən ruslar üçün vacib addım atılıb. Ruslar artıq Azərbaycanda olarkən Rusiya banklarından birində hesab aça bilərlər.
Gununsesi.info xəbər verir ki, RBC-nin məlumatına görə, siyahıda Azərbaycan, Türkiyə, Bəhreyn, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya, Əlcəzair, Çin, İndoneziya, Ermənistan, Hindistan, Qətər, Qazaxıstan, Qırğızıstan, Küveyt, Malayziya, Misir, Monqolustan, Özbəkistan, Pakistan, Səudiyyə Ərəbistanı, Tacikistan, Tailand, Türkiyə, Türkmənistan və Oman yer alıb.
Tənzimləmə ilə bu ölkələrdəki bəzi maliyyə qurumlarına şəxsiyyət yoxlama səlahiyyəti verilir.
Xaricilər Rusiya banklarında hesab açmaqla yanaşı, bu ölkələrdən də Rusiya daxilində maliyyə əməliyyatları həyata keçirə biləcəklər.
Bundan əlavə, yeni qaydalar Rusiyaya turist kimi gələcək əcnəbilərin ölkəyə daxil olmadan bank kartına sahib olmasına icazə vermək məqsədi daşıyır.
Gununsesi.info