Neymarla bağlı şok iddia – FOTO

Braziliya millisinin Uruqvaya səfərdə 2:0 hesabı ilə uduzduğu matçın ilk yarısında Neymarın zədələnməsi futbol dünyasını dərindən sarsıdıb. Meydanı xərəkdə tərk edən Neymarın vəziyyətinin çox ağır olduğu və mövsümü indidən bitirə biləcəyi bildirilib.

Gununsesi.info xəbər verir ki, DÇ-2026-nın seçmə mərhələsinin dördüncü həftə matçında Uruqvay və Braziliya milliləri üz-üzə gəlib. İlk hissənin son anlarında rəqibi ilə qarşıdurmada yerə yıxılan Neymar ağrılar içində meydanı tərk edib.

“Bütün analizləri etdik. Sabah təkrar edəcəyik. Neymarın dizinin zədəyə nə qədər reaksiya verəcəyini və nə qədər şişəcəyini görmək üçün qarşıdakı 24 saat çox vacibdir”, Braziliya millisinin həkimləri deyib.

Neymarın vəziyyətinin ağır olduğu və yəqin ki, artıq mövsümü bağladığı iddia edilib.

Gununsesi.info