Küçədə qadınları qucaqlayan polis cəzalandırıldı - Video

Rusiyanın Kemerovo vilayətində bir nəfər polis forması geyinərək yoldan keçənlərin əhval-ruhiyyəsini qaldırmaq üçün onları qucaqlayıb. Lakin hadisə kədərli sonluqla bitib.

Gununsesi.info xəbər verir ki, 23 yaşlı oğlan Belovo şəhərindən olan həmyerlilərini sevindirmək qərarına gəlib. O, polis formasını geyinib küçəyə çıxıb, yoldan keçənlərə kompliment deyib və onları qucaqlamaqla sevindirmək istəyib.

Düzdür, “asayiş keşikçisi”nin bu hərəkətini hamı bəyənməyib. Çünki Belovo sakinlərinin bəziləri heç vaxt mehriban polis məmuru görməyiblər. Ona görə də hətta əvvəlcə xeyirxah “polis”dən qorxbular.

Az sonra isə əsl polis “yaxşı adam”ı saxlayıb. Həmin şəxs polis bölməsinə aparılıb və orada etiraf videosu çəkilib.
“Mən söz verirəm ki, bir daha belə davranmayacağam” deyə oğlan etiraf edib.

O, iki maddə ilə – xırda xuliqanlıq və qeyri-qanuni forma geyinməyə görə cərimələnib. Oğlan deyib ki, bu ona dərs oldu. O, daha heç kimi qucaqlamayacaq.