
İsrail ordusu 100 minə yaxın ehtiyatda olan əsgəri orduya çağırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə bazar ertəsi, oktyabrın 9-da hərbi sözçüsü məlumat verib.
Oktyabrın 7-də səhər saatlarında İzzəddin əl-Qəssam briqadasının HƏMAS hərbi qanadı İsrailə qarşı “Əl-Əqsa tufanı” əməliyyatının başladığını elan edib. Qəzza zolağından İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar İsrail yaşayış məntəqələrinə daxil olub.
Öz növbəsində İsrail ordusu onlarla döyüş təyyarəsindən istifadə edərək Qəzza zolağına hücumlara başladığını elan edib.
Qəzzanın Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində 493 nəfərin öldüyünü və 2270-dən çox insanın yaralandığını bildirib.
Bundan əlavə, oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahilində 15 fələstinli İsrailin atəşi nəticəsində həlak olub.
İsrail mediası həmçinin 700 nəfərin öldüyünü və 2300-dən çox israillinin yaralandığını bildirib.
Səid Əhmədli
Gununsesi.info