
İsrailin oktyabrın 7-dən Qəzza zolağına davam etdirdiyi zərbələr nəticəsində azı 3478 nəfər həlak olub.
Gununsesi.info xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyinin məlumatında deyilir.
Məlumata görə, eksklavın 12 mindən çox sakini xəsarət alıb.
Nazirliyin məlumatına görə, işğal olunmuş İordan çayının qərb sahilində münaqişənin son gərginləşməsindən bəri 62 fələstinli İsrail əsgərləri tərəfindən öldürülüb, daha 1300 nəfər yaralanıb.
Gununsesi.info