Polis Sumqayıtda oğurluq edənləri saxladı - VİDEO- FOTOLAR

  • By Günel
  • 29 Mart 2025 21:55

Sosial şəbəkədə Sumqayıt şəhərində binaların girişlərində oğurluq edilməsi ilə bağlı görüntülər yayılıb.

Gununsesi.info xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində görüntülərdəki şəxslər – 38 yaşlı Azad Sarıyev və 29 yaşlı Zaur Ərzimanov saxlanılıblar.

Onların Sumqayıt şəhəri ərazisində analoji cinayətlərdə iştirak edib-etmədiklərini müəyyən etmək istiqamətində araşdırmalar davam etdirilir.