Mağazadan geyim aldı: Ödənişi etməyib satıcını hədələdi - VİDEO

  • By Günel
  • 29 Mart 2025 23:17

Mağazadan aldığı geyimin ödənişini etməyib satıcını hədələyən gənc saxlanılıb.

Gununsesi.info Xəzər TV-yə istinadən məlumat verir ki, Abşeron rayonu ərazisində yerləşən mağazaların birində naməlum şəxsin oradan götürdüyü geyimlərə görə ödəniş etməməsi və satıcını kəsici-deşici alətlə hədələməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları quldurluq əməlini törətməkdə şübhəli bilinən 18 yaşlı Seymur Həmidovu saxlayıblar.

Faktla bağlı araşdırma aparılır.

Ətraflı süjetdə: