Mingəçevirdə iki uşaq anası sirkə turşusundan zəhərləndi

  • By Günel
  • 30 Mart 2025 09:13

Mingəçevirdə iki uşaq anası sirkə turşusundan zəhərləndi.

Gununsesi.info xəbər verir ki, hadisə 5 saylı Dəmir Beton Məmulatları Zavodunun- keçmiş məcburi köçkünlərin bir hissəsinin müvəqqəti məskunlaşdığı yaşayış binasında baş verib.

Belə ki, 2001-ci il təvəllüdlü Kəlbəcər rayon sakini Quliyeva Zərnişan Rizvan qızı ehtiyatsızlıq nəticəsində sirkə turşusu içərək zəhərlənib və dərhal xəstəxanaya çatdırılıb.

Onun vəziyyəti ağır olaraq dəyərləndirilir.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info