Anası İmamoğlunu həbsxanada ziyarət edib

  • By Günel
  • 28 Mart 2025 21:00

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun anası oğlunu həbsxanada ziyarət edib.

Gununsesi.info bu barədə türk mediasına istinadən xəbər verir.

Oğlunu ziyarət edən Havva İmamoğlu jurnalistlərə müsahibə verərək bildirib:

“Oğlumu gördüm. Onun heç bir günahı yoxdur. İçi – çölü bir adamdır. Oğlumu bütün aləm, milət bilir. Övladımın vəzifəsi dövlətə xidmət etməkdir. Xalqını sevir, xalq da onu sevir. Mənim gördüyüm budur. Tezliklə övladımın həbsdən çxmasını istəyirəm. Onun içəridə qalmasına dözə bilmirəm. Çıxmasını istəyirəm”.

Jurnalistin Əkrəm İmamoğlunun əhvalı necədir sualına Havva İmamoğlu “yaxşıdır”, – deyə cavab verib.

“Təbii ki, anasına pis olduğunu göstərməz. Məni heç incitmək istəməz övladım”.

Günel

Gununsesi.info