Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib - FOTO

  • By Günel
  • 30 Mart 2025 08:15
mehriban əliyeva

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkədə Ramazan bayramı münasibətilə paylaşım edib.

Gununsesi.info xəbər verir ki, paylaşımda qeyd olunub:

“Bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını müqəddəs Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Uca Tanrı etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin, bütün insanlara sağlamlıq və səadət, dünyamıza əmin-amanlıq və xoş günlər bəxş etsin!”.