Ağsuda ağır qəza - 8 nəfər xəsarət aldı

  • By Günel
  • 28 Mart 2025 21:15

Ağsu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə bu gün Ağsu rayon ərazisində olub.

İlkin məlumata görə, hadisə zamanı 8 nəfər xəsarət alaraq Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan birinin vəziyyətinin orta-ağır olduğu bildirilir.

DİN-in Şəki regional qrupundan verilən məlumata görə, faktla bağlı Ağsu RPŞ-də araşdırma aparılır.

Gununsesi.info