“Fənərbaxça”dan inamlı qələbə

Türkiyə Super Liqasında 29-cu tura start verilib.

Gununsesi.info xəbər verir ki, ilk oyun günü 4 qarşılaşma baş tutub.

“Bodrumspor”un qonağı olan “Fənərbaxça” səfərdə qələbə qazanıb – 4:2.

Artıq ilk hissədə matçın taleyini həll edən İstanbul təmsilçisi meydanı 3 xalla tərk edib. “Sarı-lacivərdlilər” Super Liqa lideri “Qalatasaray”la xal fərqini 6-ya endirib.

Turun digər matçlarında “Antalyaspor” “Alanyaspor”u, “Kayserispor” “Hatayspor”u, “Konyaspor” isə “Qaziantep”i məğlub yola salıb.

Qeyd edək ki, sabah “Beşiktaş” evdə “Qalatasaray”ı qəbul edəcək.

 

 

 

Gununsesi.info