
Myanmanın paytaxtı Neypidodan iki kilometr məsafədə 5,2 maqnitudalı zəlzələ baş verib.
Gununsesi.info xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qeyd olunub ki, yeraltı təkanlar yerli vaxtla saat 15:50-də baş verib.
Qeyd edək ki, ötən gün Myanmada 7,7 maqnitudalı zəlzələ baş verib. Son məlumata görə, zəlzələdə ölənlərin sayı 1000 nəfərə çatıb, 2400 nəfər isə xəsarət alıb.