“Neftçi” “Araz-Naxçıvan”la heç-heçə edib

  • By Günel
  • 29 Mart 2025 19:31

Azərbaycan Premyer Liqasında XXVIII turunda daha bir oyun keçirilib.

Gununsesi.info xəbər verir ki, günün ilk matçında “Neftçi” “Araz-Naxçıvan”ı qəbul edib.

Qarşılaşma heç-heçə yekunlaşıb – 1:1.

Matçın 3-cü dəqiqəsində Bassala Sambu meydan sahiblərini önə keçirib. 6-cı dəqiqədə İssuf Paro tarazlığı bərpa edib.

Qeyd edək ki, ötən gün “Qarabağ” səfərdə “Turan Tovuz”u 4:1 hesabı ilə üstələyib. Tura martın 30-da yekun vurulacaq.