
Alatavada qanunsuz söküntü işləri ilə bağlı saxlanılan şirkət rəhbəri ilə bağlı məhkəməyə təqdimat daxil olub.
Gununsesi.info xəbər verir ki, təqdimata Xətai rayon Məhkəməsində hakim Aygün Həsənovanın sədrliyi ilə baxılıb.
İstintaq orqanının təqdimatı təmin olunub və Qalib Məmmədov barəsində 1 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb, araşdırma aparılır. Tikinti şirkətinin iş icraçısı və ekskovator sürücüsü saxlanılıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə qeyd olunub ki, söküntü işləri ilə əlaqədar Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi əraziyə baxış keçirib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.
Daha sonra rəsmi açıqlamada “Melissa Group” şirkətinin rəhbəri Qalib Məmmədovun da cinayət işi çərçivəsində saxlanıldığı bildirilib.