Bu il bələdiyyə sədri seçilmişdi, vəfat etdi

  • By Admin2
  • 29 Mart 2025 11:09

Cəlilabad rayonunun Günəşli kənd bələdiyyəsinin sədri Vaqif Talıbov vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Teleqraf.az-a onun yaxınları məlumat verib.

Bildirilib ki, o, orqanizmində yenicə aşkarlanmış xərçəng xəstəliyi səbəbindən ötən gün dünyasını dəyişib.

Qeyd edək ki, V.Talıbov bu ilin yanvarın 29-u keçirilən seçkilərdə bələdiyyə sədri seçilmişdi. O, daha əvvəllər kənd məntəqə seçki komissiyasının sədri vəzifəsində çalışıb.

Gununsesi.info