“Qarabağ” “Turan Tovuz”u darmadağın etdi

  • By Günel
  • 28 Mart 2025 22:29

Bu gün Azərbaycan Premyer Liqasında XXVIII tura start verilib.

Gununsesi.info xəbər verir ki, birinci oyun günündə bir qarşılaşma keçirilib.

“Qarabağ” səfərdə “Turan Tovuz”un qonağı olub. Qarşılaşma qonaqların 4:1 qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində Kadi Borqes (16 p, 84), Nəriman Axundzadə (32) və Aleksey Kaşuk (90+1) fərqləniblər. Meydan sahiblərinin yeganə qolunu isə Aleks Souza (30) vurub.

Qeyd edək ki, “köhlən atlar” 28 turdan sonra 67 xalla liderdir. Tovuz klubu 43 xalla dördüncü pillədə qərarlaşıb.

Onu da bildirək ki, XXVIII tura martın 30-da yekun vurulacaq.

Gununsesi.info