İzmirdə zavodda partlayış, 1 ölü, 4 yaralı - Video

İzmirdə kimyəvi zavodda partlayış olub.

Gununsesi.info  “TGRT Haber”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə ağır yaralanıb.

İlkin məlumata görə, partlayış qazın sıxılması nəticəsində baş verib.

Hadisə yerinə xilasetmə və həkim briqadaları cəlb olunub.