Qurban Qurbanov Elvin Cəfərquliyevdən danışdı - “Nəsə problem var”

  • By Admin2
  • 29 Mart 2025 10:40

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın və Azərbaycan yığmasının futbolçusu Elvin Cəfərquliyevdən danışıb. 

Gununsesi.info xəbər verir ki, o, “Turan Tovuz”a 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra E.Cəfərquliyevin millinin heyətində Haitiyə qarşı (0:3) keçirilən matçda meydandan qovulmasına münasibət bildirib.

Q.Qurbanov müdafiəçinin qırmızı vərəqələr almasına bu cür şərh verib: “Nə siz bilirsiniz, nə mən bilirəm. İstəməyərək alınan qırmızı vərəqələrdir. Amma həmişə bunlar bir oyunçunun başına gəlirsə, deməli, nəsə problem var. Daha diqqətli olmalıdır”.

Gununsesi.info