Paris-2024: Azərbaycan cüdoçusu qələbə ilə başlayıb

  • By ilhame
  • 01 Avqust 2024 13:13

Azərbaycan cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Zelim Kotsoyev mübarizəyə başlayıb.

 

Gununsesi.info-nun məlumatına görə, 100 kq çəki dərəcəsində yer alan dünya çempionu 1/8 final mərhələsində Pyotr Kuçera (Polşa) ilə üz-üzə gəlib.

 

Rəqibini məğlub edən Kotsoyev 1/4 finala yüksəlib.

 

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub.

Gununsesi.info