
Rusiyanın Nijni Tagil şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verib.
Gununsesi.info -nun TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alanlar var.
Bildirilir ki, binanın bir hissəsi tamamilə dağılıb. Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.
İlkin məlumata görə, hadisəyə qaz balonunun partlaması səbəb olub.
***
“RİA Novosti”nin xəbərinə görə, dağıntılar altından 3 nəfər xilas edilib.
Hadisə yerinə havadan xilasetmə qrupu göndərilib.

Gununsesi.info