Bu hücum İranın statusuna böyük zərbədir

“İsmayıl Haniyəyə hücum İranın statusu üçün sillə oldu”.

Gununsesi.info “The New York Times” (NYT) qəzetinə istinadən xəbər verir ki, bunu iranlı siyasətçi, ölkə prezidenti Məsud Pezeşkianın kampaniyasının lideri Əli Əkbər Behmaneş deyib: “Bu hücum İranın regiondakı statusuna böyük zərbə idi”.

Behmaneş əlavə edib ki, Haniyə İranda olarkən həyata keçirilən hücum “ölkəni alçaldıb” və onun bütün təhlükəsizlik aparatını zədələyib.

Bundan əlavə, siyasətçinin fikrincə, baş verənlər Tehranın “kəşfiyyatında ciddi boşluqların olduğunu” göstərdi.

Nəşr həmçinin anonim yüksək rütbəli amerikalı məmura istinadən yazıb ki, İsrail öz hücumu ilə təkcə 2023-cü il oktyabrın 7-də HƏMAS hücumunun qisasını almaqla kifayətlənmir, həm də İran liderlərinə İsrail əsgərlərinin də əlçatan olduğunu göstərib.

Bundan əvvəl İranın ali dini lideri Əli Xamneyi Haniyənin qisasını almaq üçün İsrailə zərbə endirilməsi barədə göstəriş verib.

Qeyd edək ki, HƏMAS Siyasi Bürosunun rəhbəri iyulun 31-nə keçən gecə raket hücumu nəticəsində dünyasını dəyişib.

 

 

Şəbnəm

Gununsesi.info