Fransada güclü tufan bir sıra fəsadlara yol açıb

  • By ilhame
  • 01 Avqust 2024 13:44

Ötən gün Fransanın 24 departamentini cənginə almış güclü tufan bir çox bələdiyyələrə böyük ziyan vurub.

 

Gununsesi.info-nun “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Fransa mətbuatı məlumat yayıb.

 

Er departamentinin inzibati mərkəzi olan Evreux şəhərindəki müəssisələri, mağazaları və binaları su basıb, dam örtükləri zədələnib. Le Mesnil-Jourdain şəhərində ev ildırım vurması nəticəsində yanıb.

 

KİV Fransanın digər departamentlərində də şəhər təsərrüfatı və yaşayış binalarına ziyan dəydiyini bildirib.

Gununsesi.info