
İranda raket zərbəsi nəticəsində öldürülən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə ilə vida mərasimi keçirilir.
Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd edək ki, vida mərasimindən sonra Haniyənin cənazəsi Tehrandan Qətərin paytaxtına aparılacaq. Dəfn mərasimi isə avqustun 2-si Dohada baş tutacaq.
Xatırladaq ki, İsmayıl Haniyə iyulun 30-u İranın yeni Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə səfərdə olub. İyulun 31-i gecə saat 2 radələrində onun Tehranda yaşadığı iqamətgaha raket zərbəsi endirilib. Nəticədə HƏMAS rəhbəri və mühafizəçisi həlak olub.
HƏMAS onun İsrailin hücumu nəticəsində öldüyünü bəyan edib. İsrail Müdafiə Qüvvələri isə bu hadisəyə görə məsuliyyət daşımadığını açıqlayıb.
Hadisə ilə əlaqədar İranda üçgünlük – iyulun 31-dən avqustun 2-dək matəm elan edilib. Eyni zamanda, ölkə ərazisində “qisas bayrağı” hesab olunan qırmızı bayraq qaldırılıb.