HƏMAS-ın yeni rəhbəri kim ola bilər?

“Sui-qəsddən sağ çıxan Xalid Meşal Fələstinin HƏMAS radikal hərəkatının Siyasi Bürosunun yeni rəhbəri və mərhum İsmayıl Haniyənin varisi ola bilər”.

Gununsesi.info xəbər verir ki, bu barədə Fələstin hərəkatındakı mənbələrə istinadən Reuters agentliyi məlumat yayıb.

Məlumata əsasən qruplaşmanın ali lideri vəzifəsinə İsmayıl Haniyənin yerinə Meşalin seçiləcəyi gözlənilir.

Bildirilir ki, Meşal 1997-ci ildə HƏMAS-ın sürgündə olan siyasi lideri olarkən sui-qəsd cəhdindən sağ çıxması ilə məşhurlaşıb.

İsrail agentləri Meşalı  İordaniyadakı ofisinin yaxınlığında olarkən onu zəhərləməyə cəhd ediblər.

 

 

 

Günay

Gununsesi.info